Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saymumin Yatimov iki ölkə arasında mübahisəli sərhəd məsələsini müzakirə ediblər.
Qırğızıstan hökumətindən verilən yazılı açıqlamaya görə, iki ölkə arasında sərhəd təyini üzrə nümayəndə heyətinin həmsədrləri Tasiyev və Yatimov Tacikistanın Soqdiy bölgəsinin Buston şəhərində bir araya gəlib.
Taşiyev və Yatimov Qırğızıstan-Tacikistan dövlət sərhədində mübahisəli sərhədin dəqiqləşdirilməsi məsələsini müzakirə ediblər.
İclasda mübahisəli sərhədin müəyyənləşdirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb.
İndiyədək Qırğızıstan və Tacikistan arasında 972 kilometrlik ümumi sərhədin təxminən 90 faizinə uyğun gələn 889 kilometrlik hissə ilə bağlı razılıq əldə olunub.