Türkmənistanın xarici işlər naziri BMT-də çıxış edib

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun çıxışının əsas mövzuları sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi olub.

Meredov çıxışında Türkmənistanın təşəbbüsü ilə 2025-ci ilin BMT-də “Beynəlxalq Sülh və Etimad İli” elan edildiyini xatırladıb və qlobal təhlükəsizlik məsələlərində neytrallıq diplomatiyasının əhəmiyyətinə toxunub. Meredov bildirib ki, 2025-ci ildə Türkmənistanın BMT Baş Assambleyası tərəfindən neytral statusunun qəbul edilməsinin 30 illiyi qeyd olunacaq.

Türkmənistan-Əfqanıstan münasibətləri

Türkmənistanın xarici işlər naziri Meredov bəyan edib ki, ölkəsi Əfqanıstan tərəfinin humanitar problemlərin həlli istiqamətində sülhsevər istəklərini dəstəkləyir. O, Əfqanıstanda “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri”nin tikintisində yeni mərhələnin əldə olunduğunu, marşrut boyu enerji ötürücü xətlərin və fiber optik rabitə sisteminin tikintisinin davam etdiyini, yeni dəmir yolu çəkilişi davam edir.

Əlaqəli xəbərlər