Şimali Kiprin Baş naziri beynəlxalq ictimaiyyətə çağırış etdi

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel beynəlxalq ictimaiyyəti “Qəzzada baş verən soyqırıma səssiz qalmamağa” çağırıb və bütün ölkələri Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməyə və sülh üçün səy göstərməyə dəvət edib.

KKTC Baş Nazirliyindən verilən yazılı açıqlamada Üstel, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının İsrailin Fələstin torpaqlarında qeyri-qanuni varlığına son qoyulması çağırışını dəstəklədiyini bildirib.

Üstel, İsrailin Qəzzada etdiyi zülmün bir an əvvəl sona çatması lazım olduğunu vurğuladı.

Bütün ölkələrin Qəzzaya görə məsuliyyət daşımalı və sülh üçün səy göstərməli olduğunu vurğulayan Üstel, beynəlxalq ictimaiyyəti “Qəzzada baş verən soyqırıma səssiz qalmamağa” çağırıb.

Əlaqəli xəbərlər