TÜRKSOY-un 25-ci Opera Günlərinin qala-konserti keçirilib

İlk Azərbaycan opera bəstəkarı Şəfiqə Axundovanın anadan olmasının 100 illiyi münasibətilə TÜRKSOY-un 25-ci Opera Günləri qala-konserti keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında “25-ci TÜRKSOY Opera Günləri” qala-konserti keçirilib. Konsertdə xarici nümayəndəliklərin nümayəndələri, çoxlu qonaqlar və sənətsevərlər iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən Türkiyə Dövlət Opera və Baletinin baş direktoru Tan Sağtürk TÜRKSOY çərçivəsində aparılan işlərin “qardaş ölkələr” arasında mədəni-mənəvi əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

İlk azərbaycanlı opera bəstəkarı Şəfiqə Axundovanın anadan olmasının 100 illiyinə həsr olunmuş konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və KKTC-nin görkəmli opera müğənniləri səhnəyə çıxıb.

Konsertdə türk dünyası bəstəkarlarının opera əsərlərindən nümunələr təqdim olunub.

Əlaqəli xəbərlər