“PAŞA Bank” manat və dollarda istiqraz buraxacaq

“PAŞA Bank” ASC-də hazırda böyüməkdə olan Azərbaycanın fond bazarında istiqraz buraxmağı planlayır.

Bunu bugün keçirilən mətbuat konfransında PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunadək həm Azərbaycan manatı, həm də ABŞ dollarında böyük məbləğdə istiqraz buraxılışını planlaşdırılır.

Murad Süleymanov hazırda həcmlərin müəyyənləşdirilməsi üzrə müzakirələr aparıldığını vurğulayıb.

“Bazarın ehtiyacına baxaraq həcmlər ilə bağlı qərar qəbul edəcəyik”, -, Murad Süleymanov deyib.

Əlaqəli xəbərlər